Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Deyerler.org-a istinadən verdiyi xəbərə görə, şahidlərin bildirib ki, sionistlər məscidin yanındakı məktəbin istifadə etdiyi quyunu da dağıdıb.
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl sionist İsrail rejiminin hərbçiləri, tikinti aparmağa icazənin olmaması bəhanəsi ilə bölgə sakinlərinə məscidin sökülməsi barədə xəbərdarlıq edib.
Məscid 1995-ci il Oslo sazişinə əsasən müəyyən ərazidə yerləşir, işğalçı rejim isə tikintinin aparılması üçün icazənin olmadığını bəhanə edərək, ərazidə hər hansı bir tikintini qadağan edir və istədiyi tikilini min bir bəhanə ilə dağıdır.