IQNA

22:56 - February 02, 2021
Xəbər sayı: 3489192
Dünya katoliklərinin lideri, Roma Papası Fransisko bütün çətinliklərə baxmayaraq, İraq səfəri üçün əzmli və ciddi olduğunu bildirib.

Dünya katoliklərinin lideri, Roma Papası Fransisko bütün çətinliklərə baxmayaraq, İraq səfəri üçün əzmli və ciddi olduğunu bildirib.

Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, Papa Fransisko dünən (1 fevral ) axşam Kovid-19 epidemiyası ilə əlaqəli sağlamlıq məhdudiyyətlərinə görə, iraqlı xristianlar onunla görüşə bilməsə belə, gələn ay İraqa gedəcəyini söyləyib.

Papa Katolik Xəbər Xidmətinə (CNS) verdiyi müsahibəsində belə deyib: “Mən əziyyət çəkən insanların keşişiyəm. Onların (iraqlı xristianlar) Papanı ölkələrində görməsi olduqca vacibdir”.

CNS-in məlumatına görə, 84 yaşlı Papa Fransisko, yeni koronavirus infeksiyası dalğasına baxmayaraq, 5 martda İraqa getmək qərarındadır.

Reuters agentliyinin verdiyi məlumata görə, İraq Xaldey Katolik Kilsəsinin lideri Luis Rafael Birinci Sako, keçən həftə papanın İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Hüseyni Sistani ilə görüşməyi planlaşdırdığını söyləmişdi.

Vatikan rəsmisinin sözlərinə görə, dünya katolik liderinin Ayətullah Sistani ilə görüşməsi xüsusi görüşdür və yaşamaq hüququna hücum edənlərin hamısını qınamaq üçün bir növ çərçivə barədə danışacaqlar.

 

Ad:
E-poçt:
* Comment:
* captcha: