Tehran (IQNA) - İraqın Kərbəla şəhərində Həzrət Əbulfəzl Abbasın (ə) hərəminin təşəbbüsü ilə ötən gün (14 Fevral 2021) İmam Baqir (ə) adına yeddinci illik mədəniyyət konfransı keçirilib.
"İmam Baqir (ə): pak kəlam və qalib həqiqət - الامام الباقر(ع) الکلم الطاهر و الحق الظافر" adlandırılan illik mədəniyyət konfransı Həzrət Abbas (ə) hərəminin İmam Həsən (ə) toplantı salonunda keçirilib.
Konfransda İraqın müxtəlif şəhərlərindən dini şəxsiyyətlər, mədəniyyət və elm adamları iştirak ediblər.
Allah kəlamının tilavəti ilə başlayan konfrans Həzrət Abbas (ə) hərəminin idarə heyətinin baş katibi Məhəmməd əl-Əşiqərin çıxışı ilə davam edib.
Bundan başqa konfransda Nəcəf Elmi Dini Hövəzsinin ustadı Seyid Məhəmməd Əli Bəhrul-Ulum çıxış edib və İraqlı şair Nəcah əl-İrsan qəsidəsini səsləndirib.
Daha sonra isə araşdırmaçı alimlər və ustadlar İmam Baqirin (ə) İslam maarifi və Əhli-Beytin (ə) elminin və fiqhinin yayılmasındakı rolundan danışıblar.
Qeyd edək ki, bu konfrans hər il İmam Məhəmməd Baqirin (ə) mübarək mövludunda Əhli-Beytin (ə) mədəni və elmi irsinin qorunması hədəfi ilə keçirilir. /3954049