IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xarici mediaya istinadən xəbər verir ki, qış evsiz insanlar üçün ağır sınaqdır. Çünki soyuq hava küçədəki həyatı daha da təhlükəli edir, koronavirus isə onu, demək olar ki, qeyri-mümkün edir. Bunun fonunda Kanadanın ən qədim məscidi öz qapılarını yenidən evsizlərin üzünə açıb.
Təşəbbüs qlobal pandemiyanın qızğın dövründə – evsiz insanların yüksək ölüm riski ilə üzləşdiyi bir zamanda həyata keçirilir.
İlkin olaraq məscidin bu tədbiri 6-13 fevral aralığında keçirəcəyi planlaşdırılsa da, sonradan məscid müvəqqəti sığınacaq fəaliyyətini 17 fevraladək uzadıb.
“Biz məscidimizin yaxınlığında yaşayan hər bir vətəndaşdan bütün evsiz insanları kömək ala bilmələri üçün bizə yönləndirmələrini xahiş edirik”, – deyə məscid rəhbərliyi bildirib.
Xatırladaq ki, Edmontda yerləşən əl-Raşid məscidi 1938-ci ildə istifadəyə verilib və ölkədəki ən aparıcı xeyriyyə müsəlman təşkilatlarından biridir. Onun Edmont müsəlman icması tez-tez fərqli-fərqli təşəbbüslərlə çıxış edir. 2020-ci ilin yanvar ayında da məscid öz qapılarını evsiz insanların üzünə açmışdı.