IQNA

İspaniyada məscidə hücum edildi

20:26 - February 23, 2021
Xəbər sayı: 3489332
İspaniyanın Mursiya bölgəsinin San-Xavier bölgəsindəki bir məscidə fevralın 21-i səhər saatlarında hücum olduğu açıqlanıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, İspaniyanın Mursiya bölgəsinin San-Xavier bölgəsindəki bir məscidə fevralın 21-i səhər saatlarında hücum olduğu açıqlanıb.  

Polis mənbələri tərəfindən mətbuata verilən məlumata görə, ərəb müsəlman mühacirlərin yaşadığı San-Fransisko məhəlləsindəki məscidə edilən hücumda məscidin pəncərələrinə "İslama ölüm" ifadələri yazan şəxslərin daha sonra istifadə etdikləri sprey qabına qapının qarşısında od vurub partladıqları açıqlanıb.

Nəticədə məscidin bəzi şüşələri qırılıb və qapısı zədələnib Bölgədə yaşayan müsəlmanlar mətbuata verdiyi açıqlamada belə bir hadisənin ilk dəfə yaşandığını vurğulayaraq, "Buradakı hər kəs çox hörmətli, ahəngdar və rahat bir həyat yaşayır. Müsəlmanlar və ispanlar arasında heç bir problem olmayıb", - deyə bildirib. 

Teqlər: İspaniya ، hücum ، məscid ، İslam
captcha