İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Fələstinin HƏMAS hərəkatı İsrailin Əqsa məscidinin mühafizəçilərindən olan Fadi Əli Əlyanın evini dağıtmasına etiraz edib.
Bu barədə bəyanat yayımlanıb. Bəyanatda vurğulanır ki, İsrailin etdikləri vəhşilikdir və beynəlxalq hüquqa ziddir.
"Qüds Fələstinin daimi paytaxtıdır. Qüdsə xidmət edənləri susdura bilməyəcəklər", - deyə bəyanatda qeyd olunub.