IQNA

20:38 - February 24, 2021
Xəbər sayı: 3489340

Sionist Rejim qüvvələri fələstinlilərin evinə basqın etdi

Fələstinli Əsirlər Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail hərbçilərinin gecə saatlarında işğal altındakı İordan çayının qərb sahilinə basqın etdiyi bildirilib.

Sionist Rejim qüvvələri fələstinlilərin evinə basqın etdi

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Fələstinli Əsirlər Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail hərbçilərinin gecə saatlarında işğal altındakı İordan çayının qərb sahilinə basqın etdiyi bildirilib.  

Bu basqınlarda 6-sı keçmiş məhbus olan 12 fələstinlinin müxtəlif iddialarla saxlandığı bildirilib.  

İordan çayının qərb sahilindəki və Şərqi Qüdsdəki evlərə tez-tez basqın edən Siyonist İsrail rejimi qüvvələri fələstinliləri müxtəlif iddialarla həbs edir. 

captcha