IQNA

İranda Qarabağla əlaqədar konferans keçirilib

11:26 - March 01, 2021
Xəbər sayı: 3489371
İranın Qum şəhərində Beynəlxalq "Qarabağ 17 Rəbiül-Əvvəl" Konfransı keçirilir. Konfransda İran, Azərbaycan, Türkiyə, Gürcüstan və sair ölkələrdən yüksək səviyyəli qonaqlar iştirak etdi.

Müqəddəs Qum şəhərində "17 Rəbiül-əvvəl, Qarabağ haqqında ən yüksək dialoq" adlı Beynəlxalq 17 Rəbiələvvəl Qarabağ konfransı işinə başlayıb. Giperssilka.ru xəbər verir ki, konfransda İran, Azərbaycan, Türkiyə, Gürcüstan və sair ölkələrdən yüksək səviyyəli qonaqlar iştirak etdi.

Tədbirdə İran parlamentinin sərd müavini, Azərbaycan Respublikasının İran İslam Respublikasıdakı fövqəladə və səlahiyyətli səfiri, Ayətullah Ərafi,  Ali Məqamlı Rəhbərin nümayəndələri, Abbas Əraqçi, Möhsin Rzayi və digərləri iştirak edir. Azərbaycan nümayəndə heyətini konfransda dəyərli ruhanilər Şeyx Sərdar Hacıhəsənli və Hacı İlqar İbrahimoğlu təmsil edir. Eyni zamanda konfransda azərbaycanlı tələbələr, həmçinin Rusiyadan Giperssilka.ru saytının təsisçisi və baş redaktoru Mehdi Fərəc iştirak də iştirak edirlər. 

Quran qiraətinin ardınca Hövzə Elmiyyələrin rəhbəri Ayətullah Ərafi, İran İslam Cümhuriyyəti xarici işlər nazirinin müavini Abbas Əraqçi və İran parlamentinin sədr müavini, İran-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Nekzad çıxışlar edib. Mərasim Ayətullah Cəfər Sübhanin Qarbağa dair konfransa müraciəti oxunu.

captcha