IQNA

Həzrət Əbülfəzl Abbasın (ə) hərəmi gül çələnglərilə bəzədildi

10:41 - March 16, 2021
Xəbər sayı: 3489464
Mubarək Şəban ayı Əhli-Beytdən (ə) olan imamların və fəzilət sahiblərinin mövlud günləri və şiələrin şadlandığı günlərlə dolu bir aydır. Bu ayda İmam Hüseyn, İmam Səccad və İmam Zaman (ə.f) anadan olub.

“Mövludlar ayı” kimi adlandırılan şəban ayının 3-ü İmam Hüseynin (ə), 4-ü Həzrət Əbülfəzl Abbasın (ə), 5-i İmam Zeynul Abidinin (ə), 11-i Həzrət Əli Əkbərin (ə) və 15-i İmam Məhdi Sahibəz-Zamanın (ə.f) mübarək mövlud günləridir.

Artıq Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmində Şəbaniyyə mövludları münasibətilə bayram hazırlıqlarına başlanılıb. Bu hazırlıq işlərində Həzrət Əbülfəzl Abbasın (ə) və İmam Hüseynin (ə) zərihi şərifləri təbii çiçəklər və güllərdən ibarət çələnglərlə bəzənib. Bununla mübarək mövludların sevincini yaşayan Əhli-Beyt (ə) sevdalılarının gözlərində də bayram yaşadan iş görülüb.

Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin qübbəsinin qarşısında İmam Hüseynin (ə) adı qeyd olunan bayraqlar və rəngli işıqlar asılıb. /iqna

captcha