IQNA

İran koronavirusa qarşı yeni peyvəndini sınadı - Foto

17:17 - March 16, 2021
Xəbər sayı: 3489466
İran tərəfindən yeni koronavirus növünə qarşı toxunulmazlıq yaratmaq üçün inkişaf etdirilən "Fəhra" adlı yerli peyvənd bu gün İran Müdafiə və Səhiyyə nazirlərinin iştirakı ilə təqdim edilib.

İran tərəfindən yeni koronavirus növünə qarşı toxunulmazlıq yaratmaq üçün inkişaf etdirilən "Fəhra" adlı yerli peyvənd bu gün İran Müdafiə və Səhiyyə nazirlərinin iştirakı ilə Müdafiə Nazirliyinin Sepand kompleksində təqdim edilib.

Kliniki sınaq mərhələsində olan peyvənd bu gün insan üzərində ilk dəfə sınaqdan keçirilib.  

İlk peyvənd 27 noyabr tarixində Tehran vilayətinin Dəmavənd ərazisinin Absərd bölgəsində avtomobilinə edilən terror hücumunda həlak olan iranlı alim Möhsün Fəxrizadənin oğluna edilib.  

İran Qida və Dərman İdarəsinin sözçüsü Kiyanuş Cihanpur bu peyvəndin kliniki sınağının üç mərhələsi tamamlandıqdan, nəticələr təsdiqləndikdən sonra yay sonuna qədər geniş istehsal ediləcəyini və paylanacağını söyləyib. / iqna

 

captcha