IQNA

9:35 - March 18, 2021
Xəbər sayı: 3489476
Çeçenistanın paytaxtı Qroznıdan olan Xədicə İsmayılova kibritlərdən inanılmaz miniatür məscidlər düzəldir. Xədicənin ilk və ən sevimli işi Qroznı şəhərində yerləşən “Çeçenistanın ürəyi” məscidi olub.

Çeçenistanın paytaxtı Qroznıdan olan Xədicə İsmayılova kibritlərdən inanılmaz miniatür məscidlər düzəldir.

Xədicənin ilk və ən sevimli işi Qroznı şəhərində yerləşən “Çeçenistanın ürəyi” məscidi olub.

Gələcəkdə hansı məscidələrin xırda modellərini düzəltmək istəməsinə dair sualı cavablandırarkən bildirib ki, Məkkə şəhərində yerləşən Məscidül-Həram və Mədinə şəhərində yerləşən Məscidül-Nəbi məscidlərini hazırlamaq istəyərdi.

Xədicə üçün bu, yaradıcılıq, sevimli işdir. Bir çox kolleksioner, sərgi təşkilatçıları və müzeylər üçün onun əsərləri böyük maraq doğurur və belə bir zəhmətin qiyməti 100 min rubldan (təxminən 2309 AZN-dan) başlayır.

Əgər Xədicənin işlərinə baxsaq, onların heç bir xüsusi alət olmadan hazırlanmasına inanmaq çətin olur, lakin bu, belədir.

“Əvvəl mən (lazımi) obyektin olduğu əraziyə gedir, onun müxtəlif rakurslardan şəkillərini çəkirəm, tikilinin təxmini sxemini çəkirəm. Daha sonra karkas və növbəti işlərin sırası gəlir”, – deyə müsəlman xanım bildirib və əlavə edib ki, inşa prosesində kibritlə yanaşı cəmi bir neçə şeydən istifadə edir – 2 bıçaq, kartın və yapışqan. /Şəfəqna

Ad:
E-poçt:
* Comment:
* captcha: