IQNA

12:23 - March 21, 2021
Xəbər sayı: 3489488
ABŞ-da yaşayan müsəlman Nyu-Cersinin polis departamentini məhkəməyə verib. Buna səbəb isə hüquq-mühafizə əməkdaşlarının onu dininə görə təhqir etməsidir.

ABŞ-da yaşayan müsəlman Nyu-Cersinin polis departamentini məhkəməyə verib. Buna səbəb isə hüquq-mühafizə əməkdaşlarının onu dininə görə təhqir etməsidir.

Begen dairəsinin sakini Piter Malək sözügedən insidentlə bağlı Elmvud-Park polisinə qarşı iddia ilə məhkəməyə müraciət edib.

Patrul xidmətinin əməkdaşları yolda onu saxlayıblar və qayda pozuntusuna – ödənməmiş cərimə və etibarnaməsiz avtomobil sürdüyünə görə onu tutublar.

Polislər ondan milli mənsubiyyəti barədə soruşduqda, Malək “misirli” olduğunu deyib. Bu cavabdan xoşu gəlməyən polislər onu dərhal “terrorçu müsəlman” adlandırıblar.

Maləkə təqdim edilən polis görüntülərində isə təhqirlərin olduğu hissələr kəsilərək çıxarılıb.

O, dəymiş mənəvi ziyana görə təzminat və ona qarşı sərgilənmiş pis rəftara görə rəsmi üzr tələb edir. /Şəfəqna

Ad:
E-poçt:
* Comment:
* captcha: