IQNA

8:56 - March 30, 2021
Xəbər sayı: 3489531
Tehran (IQNA) -  Türkiyənin Xeyriyyə və Humanist Yardımlar Cəmiyyəti 2017-ci ildən indiyədək Afrikanın dini təhsil alan tələbələri arasında 700 mindən çox Quran nüsxəsi paylayıb.

Tehran (IQNA) -  Türkiyənin Xeyriyyə və Humanist Yardımlar Cəmiyyəti 2017-ci ildən indiyədək Afrikanın dini təhsil alan tələbələri arasında 700 mindən çox Quran nüsxəsi paylayıb.

Türkiyənin Xeyriyyə və Humanist Yardımlar Cəmiyyətinin İzmir əyalətindəki nümayəndəsi Əli Osman Aslançı bu barədə deyib: Biz həmişə Afrikanın yoxsul və zəhmetkeş xalqlarının yanında olmağa çalışmışıq.

O əlavə edib: Afrika müsəlmanlarının Qurana ehtiyacı var. Bu qitənin uşaqları Quranı kiçik taxta lövhələr üzərindən öyrənirlər.

Aslançı vurğulayıb: Türkiyənin Xeyriyyə və Humanist Yardımlar Cəmiyyəti indiyədək Afrikada 722999 Quran nüsxəsi və 242450 Yasin kitabçası nüsxəsi paylayıb. Bu Quran və Yasin surəsi nüsxələrinin 126 mini Nigeriya və Burikinafaso müsəlmanlarına hədiyyə edilib. / iqna

Teqlər: afrika ، Quran ، dini işlər ، yasin
Ad:
E-poçt:
* Comment:
* captcha: