IQNA

10:57 - April 04, 2021
Xəbər sayı: 3489555
ABŞ-ın işğalçı qüvvələri Suriyanın təbii sərvətlərinin talan etməyi davam etdirir və beynəlxalq aləmin susqunluğu və passivliyi sayəsində Suriyanın Əl-Cəzirə bölgəsindəki neft və qaz sahələrində qanunsuz hərbi bazalarını gücləndirməyə davam edir.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Deyerler.org-a istinadla xəbər verir ki, Suriya Ərəb Xəbər Agentliyi (SANA), ölkənin şərqindəki ən böyük təbii qaz sahəsindəki Amerikanın varlığını gücləndirdiyini açıqlayaraq, bunları deyib: “Bununla əlaqədar olaraq Amerika qüvvələri gecə ilə çoxlu sayda hərbi texnika, silah və maddi-texniki təchizatını Deyr Əz-Zorun kənarındakı Koniko qaz yatağına köçürüb.

Maddi-texniki təchizat və hərbi texnika və materiallar daşıyan Amerika karvanı Koniko qaz yatağındakı işğalçıların qanunsuz hərbi bazasına girdi”.

Koniko qaz yatağı Suriyada ABŞ tərəfindən işğal edilmiş ən böyük qaz yatağıdır.

Məlumata görə, amerikalılar son aylarda Suriyanın Əl-Cəzirə bölgəsində hərbi kontingentini gücləndirmək məqsədi ilə silah və hərbi və maddi texniki təchizat daşıyan minlərlə yük maşınını qanunsuz yollarla Əl-Hasəkə vilayətinə gətirib.

Suriyanın şərq bölgələri neft ehtiyatları ilə zəngindir və ABŞ müttəfiqlərinin köməyi ilə Suriya neftini talan edir və qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır. 

Teqlər: ABŞ ، Amerika ، Suriya ، işğal
Ad:
E-poçt:
* Comment:
* captcha: