Bir neçə yüz fələstinli müsəlman Qüds şəhərində yerləşən Əl-Əqsa məscidinin təmizlənməsi aksiyasında iştirak edib.
İməclik ibadətgahın müqəddəs Ramazan ayına hazırlanması üçün keçirilib.
Aksiya təşkilatçılarından biri Qazi İsa bildirib ki, Əl-Əqsanın bütün həyətləri yuyulub, bu ərazidəki müsəlman qəbirləri isə təmizlənib.
“Biz Ramazana hazırlıq çərçivəsində Əl-Əqsa məscidini təmizlədik. Bizə qəlblərində Əl-Əqsa məscidinə böyük sevgisi olan qadınlar və uşaqlar da kömək edirdilər”, – deyə o qeyd edib.
Məscid Ramazan ayı ərzində ibadət üçün açıq olacaq.