Az.shafaqna.com “Islam.ru”-ya istinadən xəbər verir ki, müqəddəs Ramazan ayının ilk cümə günündə Qüds şəhərində yerləşən əl-Əqsa məscidi yaxınlığındakı meydanda 70 minə yaxın müsəlman toplaşaraq pandemiyanın başlanğıcından bəri ən kütləvi cümə namazını qılıb.
Builki cümə namazının müsəlmanlar üçün xüsusi əhəmiyyəti var, çünki ötən il pandemiyaya görə bu tədbir ləğv edilmişdi.
Adətən, əl-Əqsa məscidində cümə namazı üçün 200 minədən müsəlman toplaşır. Lakin məhdudiyyətlər səbəbi ilə hazırda daha çox insan əraziyə buraxılmır.