IQNA

Urdu dilində danışanlar üçün beynəlxalq Quran yarışları - Foto

6:55 - April 26, 2021
Xəbər sayı: 3489685
Tehran (IQNA) -  "Səhər" beynəlxalq peyk televiziya kanalı dünyanın müxtəlif ölkələrinin Urdu dilində danışan millətləri üçün Quran yarışları təşkil edib.

Tehran (IQNA) -  "Səhər" beynəlxalq peyk televiziya kanalı dünyanın müxtəlif ölkələrinin Urdu dilində danışan millətləri üçün Quran yarışları təşkil edib.

"İQRƏ" aldanan bu yarış mübarək Ramazan ayı münasibəti ilə orucluğun ilk günlərindən Qurani-Kərimin peşəkar qiraəti üzrə keçirilir.

Qurani-Kərim yarışları hər gün Tehran vaxtı ilə saat 19:00-dan 20:00-dək Səhər televiziya kanalının Urdu dili bölməsindən canlı yayımla efirə gedir.

Bu televiziya Quran yarışlarının senari müəllifi və rejissoru   Mustafa Rustayi, baş katibi Əhməd Sirac və aparıcı Baqir Rza Kazimidir.

Yarışlara Hindistanın Yeni Dehli şəhərindən Əzadar Abbas (vəqf və ibtida), Tehrandan Əbrar Hüseyn (təcvid), Pakistanın İslamabad şəhərindən Məhəmməd Vicahət Rza (muğam) və Londondan Seyid Sədaqət Əli (musiqi) hakimlik edirlər.  

Yarışların birinci mərhələsi 24 gecə, yarımfinal mərhələsi 5 gecə və final mərhələsi bir gecə keçiriləcək. Sonda isə üç nəfər qalib elan ediləcək. / iqna

 

captcha