IQNA

Tanzaniyada 2021-ci ilin Afrika Quran Yarışları keçirilib - VİDEO

22:57 - April 26, 2021
Xəbər sayı: 3489692
Tehran (IQNA) -  Tanzaniyanın paytaxtı Darus-Salam şəhərində Afrika ölkələri üzrə 2021-ci ilin beynəlxalq Quran yarışları keçirilib.

Tehran (IQNA) -  Tanzaniyanın paytaxtı Darus-Salam şəhərində Afrika ölkələri üzrə 2021-ci ilin beynəlxalq Quran yarışları keçirilib.

Qurani-Kərimin hifzi və tərtil tilavəti üzrə keçirilən beynəlxalq yarış Quransevərlər tərəfindən böyük sevinc və şövqlə qarşılanıb.

Bu Quran müsabiqəsi keçən həftənin Bazar günü, 25 Aprel 2021-ci il, Darus-Salam şəhərinin "Bencamin Milli Stadion"unda keçirilib.

Tanzaniyanın "əl-Hikmət" Təhsil Müəssisəsinin təşəbbüsü ilə keçirilən bu yarışda Afrika ölkələrindən 21 nəfər iştirak edib.

Qurani-Kərimin tərtil tilavəti və hifzi üzrə keçirilən bu yarışlarda ilk beşi yeri sıra ilə Niger, Sudan, Nigeriya, Tanzaniya və Fil Dişi Sahili ölkələrinin nümayəndələri qazanıblar.  / iqna

kod

 

 

captcha