IQNA

“Human Rights Watch” İsraili fələstinlilərə qarşı irqçilikdə ittiham etdi

10:01 - April 29, 2021
Xəbər sayı: 3489713
Nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatı “Human Rights Watch” (HRW) dərc etdiyi məruzədə ilk dəfə olaraq açıq şəkildə İsraili aparteid siyasətində ittiham edib.

Nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatı “Human Rights Watch” (HRW) dərc etdiyi məruzədə ilk dəfə olaraq açıq şəkildə İsraili aparteid siyasətində ittiham edib.

Sənəddə deyilir ki, İsrail aparteid rejiminə xas olan cinayətlər törətməyə və işğal altında saxladığı Fələstin torpaqlarında fələstinlilər üzərindəki hökmranlığa yönəlmiş təqibləri davam edir.

Təşkilatın mütəxəssislərinin fikrincə, İsrail milyonlarla fələstinlini təməl hüquqlardan məhrum edib.

HRW İsraili fələstinlilərin hesabına yəhudiləri imtiyazlarla təmin etdən bütün növ sistematik təzyiq və diskriminasiyalardan imtina etməyə və yəhudilərin hökmranlığının təminatı üçün fələstinlilərə qarşı törədilən bütün digər hüquq pozuntularına son verməyə çağırıb.

Təşkilat ölkə liderlərini fərdi və ya kollektiv halda ictimai şəkildə İsrailin bu cinayətlərini qınamağa səsləyib.

Beynəlxalq cinayət tribunalına isə İsrailin bu cinayətlərini araşdırmaq çağırışı edilib.

captcha