IQNA

19:08 - May 13, 2021
Xəbər sayı: 3489813
Uca Yaradana dualar etməliyik ki, əziz xalqımızın bu ayda etdiyi ibadətləri qəbul etsin, xüsusi bəndələrinə aid etdiyi lütfü ilə əməllərimizə dəyər və etibar bəxş etsin.

Uca Yaradana dualar etməliyik ki, əziz xalqımızın bu ayda etdiyi ibadətləri qəbul etsin, xüsusi bəndələrinə aid etdiyi lütfü ilə əməllərimizə dəyər və etibar bəxş etsin. “Səhifeyi-Səccadiyyə” duasında qeyd olunduğu kimi:

يا من يجتبى صغير ما يتحف به و يشكر يسير ما يعمل له ... يا من يدنو الى من دنا منه و يا من يدعو الى نفسه من ادبر عنه

“Ey ən kiçik hədiyyəni qəbul edib ən kiçik əməli belə mükafatlandiran! Ey Sənə yaxınlaşana yaxınlaşan, ey Səndən üz döndərəni yenidən Özünə doğru çağıran!”
Bu, İmam Səccadın (ə) bugünkü gün – Fitr bayramı – kimi günlərdə oxuduğu, oxunması üçün başqalarına da öyrətdiyi bir duadır.
Allaha tərəf bir addım atın, O, sizi özünə yaxınlaşdıracaq! Uca Yaradan sonsuz mərhəmət sahibi olduğu üçün, həqiqətdən, mənəviyyatdan, Allahdan və dindən üz çevirənləri də Özünə tərəf çağırır, dininə dəvət edir. Bu ilahi lütf və mərhəmətdir!
Əziz gənclərimiz bu ayda əldə etdikləri nurlu mənəvi keyfiyyətləri, inşallah, qoruyub saxlasınlar! Bu ehtiyatı bütün ömürləri boyu, ən azından, gələn Fitr bayramı və Ramazan ayına qədər özlərində saxlasınlar. Quranla ünsiyyəti, Allaha diqqəti, zikri, Yaradanın Öz bəndələrini görmək istədiyi müstəvilərdə olmağı (istər bu, öz daxilimiz, mənəviyyatımızla bağlı müstəvilər olsun, istərsə də geniş miqyasda İslam dünyası, cəmiyyətimiz və İslam ümməti ilə bağlı müstəvilər) – bütün bunları özümüz üçün qoruyaq, saxlayaq! Belə olsa, Uca Yaradan da əməllərimizə bərəkət verəcək. (Ali Rəhbərin 1433-cü hicri-qəməri ilinin Fitr bayramı namazında söylədiyi xütbələr – 19 /Avqust/ 2012.)
Bu gün qeyd olunan Fitr bayramı eyni zamanda Peyğəmbəri-Əkrəmə (s) sonsuz ehtiramın ifadə olunduğu bir gündür:

جعلته لِلمُسلِمینَ عیدا، وَ لِمُحَمَّدٍ صلّی اللهُ علیهِ وَ آلِه ذُخرًا و شَرَفًا و کرامتًا وَ مَزیدا

Bu bayram insanlar tərəfindən böyük İslam Peyğəmbərinə (s) hörmətin ifadə olunduğu, onun uca tutulduğu bir gündür. O insanlar tərəfindən ki, Allah-Taala Peyğəmbəri-Əkrəm (s) haqda onlara belə buyurur:

عَزیزٌ عَلَیهِ ما عَنِتُّم

“...Sizin əziyyətə düşməyiniz ona ağır gəlir...” (“Tövbə” surəsi, 128-ci ayə)
İnsanların çətinliyə, əziyyətə düşməsi ona ğır gəlir.
Pərvərdigara! Səni and veririk Muhəmməd və ali-Muhəmmədə, bu Ramazan ayını və bu bayram gününü bu xalqa və dünyanın bütün müsəlmanları üçün mübarək et. Pərvərdigara! Öz rəhmət və bərəkətini bu xalqa və bütün müsəlman ümmətinə nazil et! Pərvərdigara! Bu dəyərli xalqı, həmçinin İslam ümmətini düşmənləri üzərində qalib et! Pərvərdigara! Mənəviyyatla, həqiqi ruhaniyyətlə olan bu daxili-mənəvi bağlılığımızı günü-gündən artır! (Ali Rəhbərin Fitr bayramı günü İmam Xomeyni (r.ə) adına namazgahda qılınan bayram namazında söylədiyi xütbələr – 6 /İyul/ 2016.)
Maide.az
Ad:
E-poçt:
* Comment:
* captcha: