IQNA

İsrail xarici media orqanlarının yerləşdiyi ofis binasını bombaladı

10:26 - May 17, 2021
Xəbər sayı: 3489833
Qəzzada Al-Jazeera (Qətər) və Associated Press (AP, ABŞ) xəbər agentliklərinin ofislərinin yerləşdiyi çoxmərtəbəli bina şənbə günü İsrailin hava hücumu nəticəsində dağılıb.

Qəzzada Al-Jazeera (Qətər) və Associated Press (AP, ABŞ) xəbər agentliklərinin ofislərinin yerləşdiyi çoxmərtəbəli bina şənbə günü İsrailin hava hücumu nəticəsində dağılıb.

Az.shafaqna.com voa-ya istinadən xəbər verir ki, İsrail təyyarələri Qəzzaya havadan zərbələr endirib, Həmas isə cavab olaraq İsrailə raket atıb.

Media təşkilatları ilə yanaşı başqa ofislərin və mənzillərin yerləşdiyi 12 mərtəbəli bina İsrailin atdığı raketlər nəticəsində dağılıb. Hücumdan bir saat öncə binanın sahibi İsrail ordusundan hücumun olacağına dair xəbərdarlıq alıb.

AP işçiləri və binanın digər sakinləri binanı dərhal tərk ediblər, lakin Al-Jazeera bina dağıldığı zaman hava hücumlarını işıqlandırmağa davam edib. “Al-Jazeera susdurulmayacaq. Biz sizə buna dair zəmanət verə bilərik,” veriliş aparıcısı bildirib.

Associated Press-in icraçı direktoru Gary Pruitt hücumdan sonra “Şoka düşdüm.”, -deyə hücumu tənqid edib.

captcha