IQNA

11:12 - May 18, 2021
Xəbər sayı: 3489844
İranın dini-elmi təhsil müəssisələrinin rəhbəri Ayətullah Əlirza Ərafi İsrailin Qəzza və Əqsaya etdiyi hücumları ilə bağlı Roma Papası Fransiskə məktub ünvanlayıb.

İranın dini-elmi təhsil müəssisələrinin rəhbəri Ayətullah Əlirza Ərafi İsrailin Qəzza və Əqsaya etdiyi hücumları ilə bağlı Roma Papası Fransiskə məktub ünvanlayıb.  

Məktubda deyilir: "Sizdən istəyimiz budur ki, mövqeyinizdən istifadə edərək, dünyanın ən müqəddəs torpağı sayılan Əqsanın sülhü və sabitliyi istiqamətində addımlar atasınız".  

Məktubda İŞİD-lə mübarizədə Fransiskin təcrübəsinə işarə edən Ayətullah Ərafi bu təcrübənin İsrailin Fələstinə etdiyi hücumlarında da müvəffəqiyyətli ola biləcəyini vurğulayıb.  

Roma Papasının dinlər arası münasibətlərdə müsbət rolundan yazan Əlirza Ərafi Fransiskdən İsrailin Qəzzada törətdiyi cinayətlərini dayandırılması istiqamətində lazimi addımlar atmasını istəyib:  

"Əfsus ki, bu müqəddəs torpaqda sülhdən bir xəbər yoxdur. Sülhün yerinə orada zülm və təcavüz hökm sürür. Bu təcavüzlərin nəticəsində çox sayda insani faciələr mövcuddur. Burada sionist rejimi qeyri-qanuni olaraq formalaşıb". 

Ad:
E-poçt:
* Comment:
* captcha: