IQNA

İsrail son hücumlarda 3 məscidi dağıtdı

12:43 - May 21, 2021
Xəbər sayı: 3489870
İsrail qüvvələri Qəzza sektorunda azı 1800 yaşayış yerini məhv edib. Bu barədə Fələstin ictimai iş və yaşayış tikintisi naziri Naci Sərxan məlumat verib. Əlavə olaraq 16800 yaşayış yeri qismən zədələnib.

İsrail qüvvələri Qəzza sektorunda azı 1800 yaşayış yerini məhv edib. Bu barədə Fələstin ictimai iş və yaşayış tikintisi naziri Naci Sərxan məlumat verib. 

Bundan əlavə təxminən 16800 yaşayış yeri qismən zədələnib.

Onun sözlərinə görə, İsrail ordusunun dağıdıcı fəaliyyəti Qəzza sektorunda ağır humanitar vəziyyətə səbəb olub və bunun da nəticəsində 120 mindən çox fələstinli öz evlərini tərk etmək məcburiyyətində qalıb.

O qeyd edib ki, Qəzza şəhərinin mərkəzindəki 5 iri yaşayış binası tamamilə dağıdılıb. Dağıdılan hökumət binalarının sayı 74-ə çatıb.

İsrail bombardmanları nəticəsində 66 məktəb zədələnib, 3 məscid dağıdılıb, 40 məscid zədələnib, həmçinin kilsələrdən birinə də zərər dəyib.

O əlavə edib ki, İsrail hücumları zamanı ciddi zərər görən yaşayış evlərinin bərpasına 350 milyon dollar lazımdır. /Şəfəqna

Teqlər: israil ، qəzza ، məscid ، Əqsa
captcha