IQNA

Kəbə səmasında astronomik hadisə baş verəcək

13:31 - May 24, 2021
Xəbər sayı: 3489898
Səudiyyə Ərəbistanın Astronomiya elmləri üzrə ekspertlərindən biri cari həftənin Cümə günü Məkkə şəhərində Kəbəbin üzərində səmada astronomik hadisə baş verəcəyini xəbər verib.

Səudiyyə Ərəbistanın Astronomiya elmləri üzrə ekspertlərindən biri cari həftənin Cümə günü Məkkə şəhərində Kəbəbin üzərində səmada astronomik hadisə baş verəcəyini xəbər verib.

Səudiyyə Ərəbistanın Astronomiya elmləri üzrə ekspertlərindən biri olan Sami Übeydullah əl-Hərbi hadisə badərə açıqlama verərək deyib: Cari həftənin Cümə günü, Şəvval ayının 16-da (28 May), Məkkə vaxtı ilə saat 12:18-da, Məkkənin şəri vaxtı ilə Zöhr azanı başlayan zaman, Günəşin işığı Kəbinin divarına tam şaquli vəziyyətdə düşəcək. Bu hadisə səbəb olacaq ki, həmin saatda Məkkə şəhərindəki bütün binaların, eləcə də Kəbə evinin kölgəsi olmasın.

əl-Hərbi əlavə edib: Bu astronomik hadisənin dünya üçün dini baxımdan faydası budur ki, müsəlmanlar həmin saatda Günəşi qiblə səmtində üfüq xəttinin üstündə görəcəklər. Bununla da qibləni tam dəqiqliyi ilə təyin edə biləcəklər.

Sami Übeydullah əl-Hərbi həmin saatda qiblənin necə təyin ediləcəyi barədə bildirib: Cümə günü, Zöhr azanı vaxtı, yəni Məkkə vaxtı ilə saat 12:18-də yerdə çubuq basdırmaq və ya hansısa sütunu əlamət təyin etmək lazımdır. Həmin əlamətin kölgəsi həmin saatda qiblə səmtini dəqiq göstərəcəkdir. Bu metod Məkkədən xaricdə yaşayanlar üçündür. Məkkə və ətrafında yaşayanlar isə həmin saatda qiblə üçün təyin edilmiş əlamətdə heç bir kölgə görə bilməyəcəklər.

O əlavə edib: Günəş ildə iki dəfə, May ayının 28-da və Yanvar ayının 16-da Kəbəyə tam şaquli vəziyyətdə saçır və Məkkədə kölgə itir. Bu iki gündə müsəlmanlar qibləni təyin edə bilərlər. / iqna

captcha