IQNA

Azərbaycanda iyunun 10-dan məscidlər açılır

14:29 - May 25, 2021
Xəbər sayı: 3489908
Operativ Qərargah iyunun 10-dan ibadət yerlərinin fəaliyyətinə icazə verilməsi ilə bağlı qərar verib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Report-a istinadla xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, müvafiq məhdudlaşmalar nəzərə alınmaqla açılma olacaq: "Təbii ki, yenə də maska, məsafə və say hədlərində məhdudiyyətlər olacaq".

Teqlər: azərbaycan ، quran ، ibadət ، məscidlər
captcha