İsrail rejiminin Qəzzaya hücumlarında 55-i uşaq bağçası olan 187 məktəbə ziyan dəyib.
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Fələstinin Təhsil və Tədris Nazirliyi İsrail rejiminin mühasirədə olan Qəzzaya qarşı 12 günlük təcavüzkar hücumlarında 55 uşaq bağçası və 187 məktəbə ziyan dəydiyini açıqlayıb.
Nazirliyin Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Şöbəsinin direktoru Əhməd Ən-Nəccar Anadolu agentliyinə İsrail rejiminin Qəzzaya hücumlarında həyatını itirən şagirdlər və zərər görən təhsil binaları haqqında danışıb.
Nazirliyin İsrail rejiminin Qəzzaya etdiyi hücumlarda 77 tələbənin həyatını itirdiyini sənədləşdirdiyini söyləyən Nəccar, həyatını itirən şagirdlərin ibtidai təhsildən ali təhsilə qədər olan tələbələr olduğunu qeyd edib.
Nəccar İsrail rejiminin hücumlarında 55 uşaq bağçası və 132 ibtidai məktəbə ziyan dəydiyini və dağıdılma dərəcəsinin həddən artıq böyük olduğunu bildirib.
İsrail rejiminin polis binalarından və Fələstin müqavimət qruplarından uzaqdakı təhsil binalarını da bombaladığını qeyd edən Nəccar, yaralanan şagirdlərin və bombardmandan təsirlənənlərin psixoloji dəstəyə ehtiyacı olduğunu söyləyib.
Qeyd edək ki, İsrail rejiminin Qəzzaya etdiyi son hücumlarında 66 uşaq və 39 qadın olmaqla 254 fələstinli həyatını itirib və 1948 nəfər yaralanıb.