IQNA

Ayətullah Şeyx İsam Qasim:

İslam İnqilabının ən böyük uğuru müqavimət cəbhəsinin yaradılmasıdır

8:24 - June 04, 2021
Xəbər sayı: 3489981
Şeyx İsa Qasim: "Son illərdə müqavimət cəbhəsinin inkişafı, uğurları və böyük güclərin qarşısında dirənişi İmam Xomeyninin (r.ə) rəhbərliyi ilə həyata keçən İslam İnqilabının bərəkəti sayəsindədir."

İyunun 3-də İran İslam İnqilabının banisi Həzrət Ayətullah Üzma İmam Seyyid Ruhullah Musəvi Xomeyninin (r.ə) vəfatının 32-ci ildönümü münasibəti ilə "İslam İnqilabı və İmam Xomeyni Araşdırmalar Mərkəzi", "İmam Xomeyninin əsərlərinin qorunması və nəşri müəssisəsi", İmam Xomeyninin Anım Mərasimi Keçirilməsi Komitəsi və Beynəlxalq Quran Xəbər Agentliyi tərəfindən "İmam Xomeyni və müasir dünya" seminarı  keçirilib.

Bəhreyn şiələrinin mənəvi və ideoloji lideri Ayətullah Şeyx İsa Qasim videokonfransla bu seminara qatılıb.

O, İran İslam İnqilabının bir sıra nailiyyət və uğurlarını sayaraq vurğulayıb ki, İslam İnqilabının ən böyük uğuru müqavimət cəbhəsinin yaradılmasıdır və bu cəbhəyə vəfadar qalanlar özlərini daxili və xarici zalim və diktatorların caynağından xilas edə biləcəklər.

Bəhreynin İslami Hərəkatının rəhbəri əlavə edib: Son illərdə müqavimət cəbhəsinin inkişafı, uğurları və böyük güclərin qarşısında dirənişi İmam Xomeyninin (r.ə) rəhbərliyi ilə həyata keçən İslam İnqilabının bərəkəti sayəsindədir.

Ayətullah İsa Qasim vurğulayıb: İran İslam İnqilabı dinimizin öz ana kökləri üzərində göyərib, qondarma bir inqilab deyil, dini müasir dövrə uyğunlaşdırmaq və ona nəyisə artırmaq üçün yaranmayıb, çünki İslam dini bütün zamanlar üçün kamil bir dindir.

İran İslam İnqilabı müsəlman xalqın Quran və Əhli-Beyt sirəsi və sünnəsi əsasında köklənmiş dini tərbiyəsinin məhsuludur ki, elə İslamın ilk əslərindən cərəyanda idi və böyük Kərbəla qiyamının bu günə ötürdüyü bir hədiyyədir.

Bu inqilab əmanətdar, sadiq, müxlis və ləyaqətli fəqihlərin və alimlərin Hüseyni mənbərlərinin tərbiyə etdiyi insanların vasitəsi və Allahın iradəsi ilə həyata keçmişdir.

Buna görə də bu inqilab şərqə və ya qərbə əyilmədi, xalis İslama arxalanaraq meydana ayaq qoydu və heç bir yad ideologiyaya söykənəcəyi və heç bir milli və irqi bağlılığı yoxdur.

Bu inqilabın mahiyyəti Qurandır, hədəfi İlahidir, tutduğu xətt rəbbanidir, tövhid xəttidir, rəhbərliyi İslamidir və hədəfi bütün tağutların və zülmkarların məhvidir. / iqna   

kod
captcha