IQNA

İsveçdə əyani Quran təlimləri başladı

10:18 - June 07, 2021
Xəbər sayı: 3489996
Tehran (IQNA) – İsveçdə koronavirusa görə tətbiq edilmiş bəzi məhdudiyyətlərin ləğv edilməsinin ardınca Stokholumun İmam Əli (ə) İslam Mərkəzində Quran təlimi dərsləri əyani formada öz işinə başlayıb.

İsveçdə koronavirusa görə tətbiq edilmiş bəzi məhdudiyyətlərin ləğv edilməsinin ardınca Stokholumun İmam Əli (ə) İslam Mərkəzində Quran təlimi dərsləri əyani formada öz işinə başlayıb.

Stokholumun İmam Əli (ə) İslam Mərkəzinin verdiyi məlumata görə, İsveç dövləti İyun ayının birindən pandemiyaya görə qoyulmuş bəzi qadağalarda yumuşaltmaya gedib. Buna əsasən ümumi qapalı məkanlarda 50 nəfər, açıq məkalarda isə 500 nəfər insan bir yerə toplaşa bilər.

Buna görə Stokholumun İmam Əli (ə) İslam Mərkəzi də öz həftəlik dini maarifləndirmə proqramlarını başlayıb.

Bu mərkəzdə gündəlik camaat namazları, Kumeyl duası, Cümə Axşamları vaiz çıxışı və sair dini proqramlar, o cümlədən uşaqlar üçün yay maarifləndirmə kursları icra ediləcək.

Mərkəzin Quran təlimi, təfsir və təcvid dərsləri də həftənin Cümə günləri yerli vaxtla saat 18:00-dan 20:00-dək keçiriləcəkdir. /iqna

captcha