IQNA

Kanada Baş Naziri müsəlman ailəyə hücumu qınadı

9:06 - June 10, 2021
Xəbər sayı: 3490019
Kanada Baş Naziri Castin Trüdo müsəlman ailədən 4 nəfərin hücuma məruz qalmasını şərh edib. O vurğulayıb ki, baş verən hadisə terror hücumdur və bağışlanmaz addımdır.

Kanada Baş Naziri Castin Trüdo müsəlman ailədən 4 nəfərin hücuma məruz qalmasını şərh edib.

 O vurğulayıb ki, baş verən hadisə terror hücumdur və bağışlanmaz addımdır.  

"Bunu edənlər cəmiyyətimizi bölmək üçün belə edirlər. Biz baş verənlər qarşısında susa bilmərik", - deyə o diqqətə çatdırıb.  

Xatırladaq ki, Kanadada bu bazar günü müsəlman ailə axşam gəzintisi zamanı səki ilə gedərkən hücuma məruz qalmış və nəticədə ailədən 4 nəfər ölmüş, 1 uşaq isə yaralanmışdı.  

Hadisəni törədən şəxsin saxlanılıraq istintaqa təhvil verildiyi qeyd edilir. /eastnews

captcha