IQNA

Almaniyada "Quran-İran" layihəsi əsasına Quran əlyazmaları araşdırılır

13:22 - June 12, 2021
Xəbər sayı: 3490043
İranlı araşdırmaçı Əli Agayinin və fransalı İslamşünas Dr. Mixail Markısın həmkarlığı ilə başladılan "Quran-İran" layihəsində İranın Kufi xətti ilə yazılmış Quran nüsxələrinin kitabət tarixi araşdırılır.

"Corpus Coranicum" Almaniyanın Berlin-Brandenburg Humanitar Elmlər Akademiyasının Quranın nüsxələrinin araşdırılması və nəşri fəaliyyəti ilə bağlı tədqiqat layihəsidir.

Bu proyekt 2007-ci ildə Berlin universitetinin Ərəb dili araşdırmaları kafedrasının direktoru Prof. Anjelika Neuvirs rəhbərlik edir.

Proyekt rəhbərinin dediyinə görə bu proyektinin bazasında 3 min qədim əlyazma Quran nüsxəsi mövcuddur.

İranlı araşdırmaçı Əli Agayinin və digər iki iranlı alimin və fransalı İslamşünas Dr. Mixail Markısın həmkarlığı ilə başladılan "Quran-İran" layihəsində İranın Kufi xətti ilə yazılmış Quran nüsxələrinin kitabət tarixi araşdırılır.

Bu layihə barədə İyun ayının 10-da Qum universitetində "Quranın mətninin tarixi" adlı elmi toplantı keçirilib. Toplantıda "Corpus Coranicum"  rəhbəri Berlin universitetinin Ərəb dili araşdırmaları kafedrasının direktoru Prof. Anjelika Neuvirs çıxış edib və layihə barədə ətraflı məlumat verib.

O bildirib ki, Berlin kitabxanasında hazırlanmış xüsusi avadanlıqlar vasitəsi ilə Quranın əlyazma nüsxələrini birbaşa incələyə bilirik. Bu proqramla mətnin hər bir hərfi incələnir və dəqiqləşdirilir.

Bu mərkəzdə Quranın əlyazma nüsxələri və Quran barədə yazılan kitabların əlyazma nüsxələrini ehtiva edən katoloq mövcuddur.

Quranın əlyazma nüsxələrinin oxunuşunda problem yarandan Misrdə 1924-cü ildə hazırlanmış əlyazma nüsxə ilə müqayisə edilir.

Bundan əlavə İbn Mücahidin və digər qarilərin qiraətləri əsasında yazılmış qaynaqlar mövcuddur.

Bu layihədə araşdırmaçılar işi iki əsas hissəyə bölüblər: 1). Əlyazma nüsxələrinin toplanması. 2). Əlyazma nüsxələrinin xüsusiyyətlərinin öyrənilməsi və bu barədə şərh və izahların yazılması.

O əlavə edib: Bizim əlimizdə 3 min nüsxə Quran var. Həmçinin Quranın mətnini anlamaq üçün Tövrat və İncil kimi öncəki səmavi kitabların əlyazma nüsxələrindən istifadə edirik. Məsələn hicrətdən 80 il öncəyə aid əlyazma nüsxə mövcuddur. Bu nüsxədə Fil hadisəsinə işarə edilib ki, Fil surəsi və Əbrəhə dastanının şərhidir. Bundan əlavə Əbrəhə barədə altı əlyazma mətn vardır ki, bunlar təfsirlərdə gəlməyib.

Əbrəhə Yəmənin xristian şahlarından biri olub. Bu barədə yazılan dastan da Sami dilindədir ki, Ərəb dilinə yaxındır. Mətnin əvvəlində "Bəsmələ" kimi bir ifadə var. Bu mətn Səba qövmünün dilində yazılmışdır. Mətdə üç hissəlik dua var ki, Rəhman, Məsih və Ruhul-Qüds kimi ifadələr işlənib.

Ərəbistanın cənubunda Allahı yad etmək istəyəndə "Rəhman" sözündən istifadə ediblər. Bu da Quranda bəyan edilən "ər-Rəhman" ifadəsidir.

Əməvilər dövründən qalan əlyazma Quran nüsxələri barədə danışan layihə rəhbəri deyib: Bizim işimizin əsas hissəsi Quran mətnlərinin kitabət tarixini dəqiqləşdirməkdir. Bunun üçün əlyazma nüsxələrdə istifadə edilmiş yazı materialı, nüsxənin cildlənməsində istifadə edilmiş material və sair araşdırılır.

Bizim əlimizdə 662 səhifəlik Quran nüsxəsi vardır ki, bu nüsxənin 80 faizinə əl dəyməyib. Təxmin edirik ki, 669-715-ci illər arasında kitabət edilib.

Hicrinin ilk iki əsrində kağız asan tapılmayıb və Quran dəri üzərinə yazılıb. Müxtəlif dövrlərdə yazılmış nüsxələrdə fərqli mürəkkəblərdən istifadə edilib.

O əlavə edib: Bu barədə Qumda da görülən işlər şərq və qərbdə misilsizdir. İran kitabxanalarındakı nüsxələr barədə Höccətul-İslam Nəqdi bizimlə həmkarlıq edir.  

Bu layihə ilə maraqlananlar "Corpus Coranicum"  proyektinin internet saytından (https://corpuscoranicum.de/) ətraflı məlumat əldə edə bilər və Quran nüsxələri ilə tanış ola bilərlər. / iqna

captcha