IQNA

Qətərdə Quran Araşdırmaları Yarışları keçiriləcək

10:44 - July 12, 2021
Xəbər sayı: 3490266
Qətərin Katara Mədəniyyət Müəssisəsi İslami Araşdırmalar, Dilşünaslıq və Quranın fəsahət və bəlağəti məsələlərində "Qurani-Kərimin Dilşünaslığı" adlı elmi müsabiqə təşkil edir.

Qətərin Katara Mədəniyyət Müəssisəsi İslami Araşdırmalar, Dilşünaslıq və Quranın fəsahət və bəlağəti məsələlərində "Qurani-Kərimin Dilşünaslığı" adlı elmi müsabiqə təşkil edir.

Bu yarışlar "Duhe; İslam dünyasının mədəniyyət paytaxtı 2021" proqramının haşiyəsində keçiriləcək.

Yarışlar Qurani-Kərimin bəlağət və fəsahət (ritorika) sirləri, Quranın məzmun estetikası və məfhumu anlatma metodları, Quranın vizual ifadə və povestik estetikası və Quranın dilşünaslığı mövzularını əhatə edəcək.

Qətərin Katara Mədəniyyət Müəssisəsi sosial şəbəkə hesabında yarışlarını şərtlərini elan edərək bildirib ki, yarışlara əsərlərin göndərilməsi 2021-ci ilin Oktyabr ayının 14-dək davam edəcək.

Müsabiqənin nəticəsi isə Dekabr ayının 29-da elan ediləcək.

Qalib elan olunan elmi araşdırmalar elmi jurnallarda çap və nəşr ediləcək.

Birinci, ikinci və üçüncü yeri əldə edən qaliblərə sıra ilə 30 min, 20 min və 10 min dollar məbləğində nağd mükafat veriləcək. / iqna

Ad:
E-poçt:
* Comment:
captcha