IQNA

80 yaşlı nənə Quranı hifz etmək istəyir

10:56 - July 16, 2021
Xəbər sayı: 3490304
IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, oxumaq və yazmağı bilməyən 80 yaşlı Səmira Rəcəb nənə təzəlikdə əlifbanı öyrənib ki, Quran oxumağı bacarsın.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, oxumaq və yazmağı bilməyən 80 yaşlı Səmira Rəcəb nənə təzəlikdə əlifbanı öyrənib ki, Quran oxumağı bacarsın.

Mətbuata açıqlama verən Misrli qoca nənə deyib ki, ürəyimdən Quran oxumaq və Quranı əzbərləmək keçirdi, buna görə də yaşlılar üçün "ümumi orta təhsil kursları"na yazıldım və yazıb-oxumağı öyrəndim.

O əlavə edib ki, ilk öncə istəyimi nəvələrimlə bölüşdüm. Onlara dedim ki, Quran oxumağı və əzbərləməyi istəyirəm. Onlar məni bu işə təşviq etdilər. Bundan sonra 3 aylıq ümumi təhsil kursunu uğurla başa vurdum.

Nənə bildirib ki, cari ilin Ramazan ayında ömründə ilk dəfə olaraq Quranı oxuyub və xətm edib. / iqna

Ad:
E-poçt:
* Comment:
* :