IQNA

13:29 - July 27, 2021
Xəbər sayı: 3490381
Albaniya müsəlmanları tarixdə ilk dəfə Azan yarışları təşkil ediblər. Yarışların final mərhələsi və yekun mərasimi ötən gün, Bazar Ertəsi, 26 İyul 2021-ci il, keçirilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Albaniya müsəlmanları tarixdə ilk dəfə Azan yarışları təşkil ediblər.

Yarışların yekun mərasimi ötən gün, Bazar Ertəsi, 26 İyul 2021-ci il, keçirilib.

Yarışlarda ölkənin müxtəlif əyalət və şəhərlərindən 15 yaşından 25 yaşınadək cavan və yeniyetmələr iştirak ediblər.

Azan yarışları üç əsas mərhələdən ibarət olub.

Yarışların final mərhələsi və yekun mərasimi Albaniyanın paytaxtı Tirana şəhərinin Beder İnstitutunda (Kolegji Universitar Bedër) keçirilib.

Mərasimdə Albaniya müsəlman cəmiyyətinin İslami İşlər İdarəsinin müavini Taulant Bika (Bica), Beder İnstitutunun vitse-prezidenti, müfti və din alimləri iştirak ediblər.  

Yekun mərasimində final mərhələsinə vəsiqə qazanmış 25 nəfərdən ilk üç yeri qazananlar mükafatlandırılıb və bütün iştirakçılara simvolik hədiyyə verilib. / iqna

Teqlər: azan ، albaniya ، yarış ، final ، yekun mərasimi
Ad:
E-poçt:
* Comment:
* captcha: