Nigeriya prokrorluğu bazar günü 6 illik həbsdən sonra bütün ittihamlardan bəraət alaraq azadlığa çıxan ölkənin İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakiyə qarşı yeni ittihamlar irəli sürüb.
Nigeriya prokrorluğunun nümayəndəsi Dari Bayro “AFP”a verdeiyi açıqlamada bildirib ki, Şeyx Zəkzakiyə qarşı irəli sürlən ittihamlar haqqında sənədlər o azadlığa çıxdıqdan iki gün sonra məhkəməyə təqdim olunub. “Şeyx Zəkzakinin əleyhinə Kaduna Federal Ali Məhkəməsində terror cinayətləri və vətənə xəyanət maddələri ilə yeni cinayət işi açılıb”, -deyə o bildirib.
Onun sözlərinə görə, Kaduna Federal Ali Məhkəməsi hazırda tətil olduğu üçün, sentyabr ayında bu işə baxılacaq.
Qeyd edək ki, iyul ayının 28-də Nigeriyanın Kaduna əyaləti üzrə Ali Məhkəməsi 6 il qanunsuz və haqsız yerə həbsdə saxlanılan İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzaki və həyat yoldaşının azad edilməsi barədə qərar qəbul edib və onlar azadlığa çıxıb. / maide.az