Məhərrəm ayının daxil olduğu gecə İmam Hüseynin (ə) matəm bayrağı Həzrət Məsumənin (s.ə) müqəddəs ziyarətgahının günbəzində keçirilən mərasimdə qaldırılıb.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Deyerler.org-a istinadən xəbər verir ki, Əhli-Beytin (ə) kəriməsinin hərəminin günbəzinə bayraq qaldırma mərasimi avqustun 9-u axşam İmam Rzanın (ə) həyətində camaatın və xidmətçilərin iştirakı ilə keçirilib.
Bu mərasimdə Höccətül-İslam vəl muslimin, Xübrəqan Ekspertlər Məclisinin üzvü Məhəmməd Hacı Əbülqasım Dolabi xütbə oxuyub və Seyid Rza Təhvidar rövzə deyib.