IQNA

Lahıcda yerləşən Ağaoğlu məscidinin bərpasına başlanılacaq

10:37 - August 11, 2021
Xəbər sayı: 3490493
“Altından qrunt suları keçdiyi üçün abidə sürüşür. Məscidin restavrasiyası ilə bağlı layihə hazırlanıb, yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq”.

Yaxın vaxtlarda Lahıcda yerləşən Ağaoğlu məscidinin bərpasına başlanılacaq.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Lahıc Tarix Mədəniyyət Qoruğunun direktoru Kamal Əliyev məlumat verib.

O bildirib ki, məscid qəzalı vəziyyətdə olduğu üçün 2020-ci ilin avqustundan fəaliyyətini dayandırıb:

“Altından qrunt suları keçdiyi üçün abidə sürüşür. Məscidin restavrasiyası ilə bağlı layihə hazırlanıb, yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq”.

Qeyd edək ki, abidə 1902-ci ildə tikilib.1986-cı ildə aparılan bərpa işləri zamanı ortada yerləşən minarə məscidin sol tərəfinə köçürülüb.

captcha