IQNA

11:34 - August 21, 2021
Xəbər sayı: 3490563

Moskva məscidində həbs edilən müsəlmanlar sərbəst buraxılıb

Rusiyada hüquq-mühafizə orqanları Moskva şəhərinin Kotelniki rayonunda müsəlmanların dini ayinlərini icra etdiyi məsciddə 600 nəfəri saxlayıb.

Bu barədə saxlanılanlara hüquqi yardım göstərən vəkil Lidiya Anosova məlumat verib.  

"Onların sənədləri yoxlanılır, hələlik heç bir şeydə günahlandırılmırlar", - deyə vəkil açıqlama verib.  

Anosova saxlanılanlarla hüquqlarına riayət olunaraq hörmətlə yanaşıldığını və daha sonra onların sərbəst buraxıldığını vurğulayıb.  

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva Bölgəsi Baş İdarəsinin mətbuat xidməti həbslərlə bağlı məlumatları yoxladıqlarını bildirib. 

/ iqna

captcha