IQNA

Görmə qüsuru olanlar üçün elektron Quranlar tədarük edilib

11:25 - August 28, 2021
Xəbər sayı: 3490609
Məkkədə Məscidul-Həramın görmə qüsuru olan ziyarətçilərinə xidmət hədəfi ilə onlar üçün "bril" əlifbası ilə hazırlanmış elektron Quran nüsxəsləri tədarük görülüb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Məkkədə Məscidul-Həramın görmə qüsuru olan ziyarətçilərinə xidmət hədəfi ilə onlar üçün "bril" əlifbası ilə hazırlanmış elektron Quran nüsxəsləri tədarük görülüb.

Bu barədə Məscidul-Həram və Məscidun-Nəbinin idarə heyətinin rəsmi informasiya portalında məlumat verilib.

Məlumatda deyilir ki, Məscidul-Həramın Quran rəflərində yerləşdirlən yeni elektron "bril" əlifbalı Quran nüsxələri "Müshəflər İdarəsi" tərəfindən hazırlanıb.

Bu az həcimli zəkalı Quran nüsxələri bril əlifbası ilə olduğu üçün görmə qüsuru olan ziyarətçilərin Məscidul-Həramda Quran tilavəti problemini həll edir.

Elektron Quran nüsxələrinin 6 cildlik bril Quran nüsxələrindən digər üstün cəhəti də budur ki, müxtəlif səhifələrə asanlıqla getmək olur.

Məscidul-Həram və Məscidun-Nəbinin idarə heyəti bildirib ki, bu nüsxələr yeni olduğu üçün görmə qüsuru olan zəvvarlara istifadə qaydaları öyrədiləcək. / iqna

captcha