IQNA

10:34 - August 31, 2021
Xəbər sayı: 3490628

Əfqanıstanda oğlan və qız tələbələr ayrı siniflərdə oxuyacaqlar

Əfqanıstandakı yeni təhsil sistemi ölkədəki oğlan və qız tələbələrin ayrı-ayrı tədrisini nəzərdə tutur. Bu barədə Əfqanıstanın təhsil nazirinin öhdəlikləri yerinə yetirən Əbdül Baqi Həqqani məlumat verib.

Əfqanıstanda oğlan və qız tələbələr ayrı siniflərdə oxuyacaqlar

Əfqanıstandakı yeni təhsil sistemi ölkədəki oğlan və qız tələbələrin ayrı-ayrı tədrisini nəzərdə tutur.

Bu barədə Əfqanıstanın təhsil nazirinin öhdəlikləri yerinə yetirən Əbdül Baqi Həqqani məlumat verib.

“Əfqanıstanlı qızların oxumaq haqqı var” deyən Həqqani oğlan və qızların ayrı-ayrı siniflərdə oxuyacaqlarını qeyd edib.

O deyib ki, qız tələbələr üçün təhlükəsiz təhsil mühiti təmin ediləcək.

Həqqaninin sözlərinə görə, tezliklə ölkədəki universitetlər öz fəaliyyətlərini bərpa edəcək. / Şəfəqna

captcha