IQNA

Livan Şiələrinin Ali Məclisinin rəisi vəfat edib + həyatı

15:32 - September 05, 2021
Xəbər sayı: 3490665
Livan Şiələrinin Ali Məclisinin rəisi Əllamə Əbdül-Əmir Qəbəlan ötən gecə (Şənbə, 4 Sentyabr 2021) uzun çəkən bir xəstəlikdən sonra vəfat edib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan Şiələrinin Ali Məclisinin rəisi Əllamə Əbdül-Əmir Qəbəlan ötən gecə (Şənbə, 4 Sentyabr 2021) uzun çəkən bir xəstəlikdən sonra vəfat edib.

O, son aylarda xəstəliyi ilə bağlı bir neçə dəfə xəstəxanaya yerləşdirilmişdi.

Əllamə Şeyx Qəbəlan 1936-cı ildə Livanın cənubunda yerləşən Meysul-Cəbəl kəndində anadan olmuşdu.

Atası Məhəmməd Əli və babası Musa bu regionun tanınmış alimlərindən olublar.

O, ali dini elmi təhsilini İraqın Nəcəf şəhərində təkmilləşdirmiş və burada ictihad dərəcəsinə yetmişdi.

Şeyx Qəbələn öz dövrünün məşhur ustadları, o cümlədən Ayətullah Xoyi, Seyid Məhəmməd Baqir Sədr, Ayətullah Həkim və Ayətullah Seyid Hüseyn Həmmaminin hüzurunda elm öyrənmişdir.

O, siyasi-ictimai həyatında İmam Musa Sədr və Şeyx Mehdi Şəmsuddin kimi nüfuzlu şəxsiyyətlər ilə yaxından tanış olmuşdur.

Əllamənin Qəbəlanın "Əqidətul-Mömin", "əl-Munafiqun fil Quran", "Min Vəhyi Aşura", "Min Vəhyi Ramazan", "əl-Cədid fi qəvaidul-luğətul Ərəbiyyə", "Fi Rihabil-İmam əs-Səccad", "Əla Zifafil-Ğədir", "İmam Zeynul-Abidinin Məkarimul-Əxlaq kitabının şərhi" və digər onlarla dəyərli əsərin müəllifidir.

Şeyx Qəbəlan Livabın müxtəlif bölgələrində dini, elmi və mədəni maarifçilik işləri ilə məşğul olmuş və sosial baxımdan geri qalmış bölgələrin inkişafı üçün çalışmış, bir sıra tibb məntəqəsi, kitabxana, məktəb, dini müəssisə və məscidləri tikdirmişdir.

Əllamə Şeyx Qəbəlan 2000-ci ildə Şeyx Mehdi Şəmsuddinin vəfatından sonra Livan Şiələri Ali İslam Məclisinin rəisliyini öhdəsinə götürmüşdür.

O deyirdi ki, İran İslam Respublikası bu gün İslam dünyasının və ümmətinin vəhdətinin bayraqdarıdır, İslam ümmətinin həqiqi hamisi, xüsusi ilə də məzlum Fələstin xalqına dəstəkdir. / iqna

captcha