IQNA

10:31 - September 18, 2021
Xəbər sayı: 3490762
ABŞ-ın Miçiqan ştatın hüquq-müdafiəçiləri polis böməsində başından hicabı zorla çıxarılan xanımın maraqlarını qorumaq niyyətindədir.

ABŞ-ın Miçiqan ştatın hüquq-müdafiəçiləri polis böməsində başından hicabı zorla çıxarılan xanımın maraqlarını qorumaq niyyətindədir.

Hadisə Ferndeyl şəhərində baş verib. Qaradərili müsəlman xanım Helena Bouv avtomobili ilə hərəkətdə olarkən polis patrulu tərəfindən saxlanılıb. Polislər xanım Bouvun avtomobilinin nömrəsini vaxtı keçmiş hesab etsə də, sonradan hər şeyin qaydasında olduğu təsdiq edilib. Polislər sürücü xanımdan üzərində silahın olub-olmadığını soruşublar, o isə çantasında özünümüdafiə üçün elektroşokerin olduğunu bildirib. Polislər buna görə onu həbs ediblər və onu polis bölməsinə gətiriblər.

Polislər bölmədə olarkən protokol şəklinin çəkilməsi üçün xanım Bouvdan hicabını çıxarmasını tələb ediblər. Müsəlman xanım dini baxışları səbəbi ilə bunu edə bilməyəcəyini izah etməyə çalışsa da, polislər ona psixoloji təzyiq göstəriblər və o, hicabsız şəkil çəkdirməyə vadar edilib.

İnsidentdən sonra xanım Bouv depressiyaya düşüb və uzun müddət keçirdiyi stress səbəbi ilə özünə gələ bilməyib. Zərərçəkmiş hüquq-müdafiəçilərinə müraciət etmək qərarına gəlib və artıq onun maraqlarını Amerika-İslam Münasibətləri Şurasından (CAIR) olan Emi Dukure adlı hüquqşünas təmsil edir.

“Biz Ferndeyl şəhəri bizim müraciətimizə ciddi yanaşmağa və bizim müsəlman xanımların konstitusiyon hüquqlarına polis zabitləri ilə kontakt prosesi zamanı tam əməl edildiyinə əmin olmağımız üçün bizimlə dialoq kanallarını açmağa səsləyirik”, – deyə Dukure qeyd edib. / Şəfəqna

Ad:
E-poçt:
* Comment:
* captcha: