IQNA

21:46 - September 25, 2021
Xəbər sayı: 3490817
Qırğızıstanın Müsəlmanların Dini İdarəsinin təşəbbüsü ilə keçirilən "Quran Baharı" yarışlarında ölkənin müxtəlif əyalətlərindən Quran hafizləri iştirak edirlər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qırğızıstanda ilk dəfə 27 Quran hafizinin iştirakı ilə "Quran Baharı" adlı Quran hifzi yarışları keçilir.

Qırğızıstanın Müsəlmanların Dini İdarəsinin təşəbbüsü ilə keçirilən "Quran Baharı" yarışlarında ölkənin müxtəlif əyalətlərindən Quran hafizləri iştirak edirlər.

Bu barədə IQNA-ya Quran Baharı yarışlarının keçirilməsi komitəsinin məsulu Məhəmmədyar Qurbanbəyov məlumat verib.

Quran Baharı yarışlarının maddi vəsaiti "Bay Dehqan" Əkinçilərə Dəstək Mərkəzinin rəisi tərəfindən təmin edilib.

Sentyabr ayının 24-də başlayan bu yarışlar Qırğızıstanın Qurğan şəhərinin bazar məscidində keçirilir.

Yarış iştirakçıları Qurani-Kərimin 30, 20 və 10 cüzü ixtisasları üzrə rəqabət aparırlar.

Yarışın qaliblərinə 12 min dollar (1 milyon sum) və iki Ümrə ziyarəti mükafatı veriləcək. / iqna / 4000055

 

Ad:
E-poçt:
* Comment:
* captcha: