IQNA

İƏT-dən İsraili qınayan bəyanat

13:48 - October 03, 2021
Xəbər sayı: 3490878
İslam Əməkdaşlığı Təşkilatı (İƏT) İsrail işğalı alıtnda olan Qüds şəhərinin şərqində baş verən insan haqları pozuntularını pisləyib.

İslam Əməkdaşlığı Təşkilatı (İƏT) İsrail işğalı alıtnda olan Qüds şəhərinin şərqində baş verən insan haqları pozuntularını pisləyib.

İƏT İsrailin Qüdsün şərqində apardığı işğal siyasəti, inşa etdiyi qeyri-qanuni yaşayış məntəqələri, apardığı etnik təmizliklər və fələstinlilərin buradan zorla çıxarılması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, İsrail Qüdsün tarixi siması və hüquqi statusunu dəyişməyə və onu Fələstindən ayırmağa çalışır.

İƏT fələstinlilərin dini azadlıqlarının, o cümlədən də əl-Əqsa məscidində pozulmasını qəti şəkildə pisləyib.

Xatırladaq ki, 27 sentyabrda fanatik yəhudilər İsrail qüvvələrinin müşayiəti ilə növbəti dəfə əl-Əqsa məscidi ərazisinə soxulublar və məscid ərazisində İsrail bayrağı açıblar.

Üstəlik, İsrail qüvvələri yüzlərlə fələstinliyə əl-Əqsa məscidində sübh namazını qılmağı qadağan edib. /AA

Teqlər: israil ، iət ، qüds ، Əqsa
captcha