IQNA

Kanadada müsəlmanı şərləyən merliyə namizəd həbs edildi

23:47 - October 05, 2021
Xəbər sayı: 3490902
Kanada məhkəməsi müsəlmanlara qarşı dözümsüzlüyü təbliğ edən şəxsi 18 aylıq həbsə məhkum edib.

Kalqari şəhərinin merliyinə namizədliyini irəli sürən Kevin Constonu restoran sahibi Məhəmməd Fəqihin ünvanına böhtan xarakterli şərhlərin dayandırılmasına dair əvvəlki məhkəmələrin 6 qətnaməsinə əməl etməməsində müqəssir biliblər.

Məhkəməyə sədrlik edən Fred Mayers bildirib ki, cəzanın çıxarılması üçün əsasların hamısını Conston öz dili ilə səsləndirib: “Onun danışıqları – klassik dözümsüzlük nümunəsidir. Onlarda stereotiplərdən, məsələn, müsəlmanların terrorçu kimi damğalanmasından geniş istifadə edilir”

2019-cu ildə məhkəmə Constonu Fəqihi “terrorçu” və “uçaq qatili” adlandırdığı, həmçinin 2017-ci ildən başlayaraq özünə məxsus saytda bir neçə təxribatyönümlü video yerləşdiridiyinə görə 2,5 milyon Kanada dolları məbləğində cərimələyib. Amma bu cəza onun islahı üçün kifayət etməyib.

Qeyd edək ki, Kalqaridə mer seçkiləri oktyabrın 18-də keçiriləcək. Yerli qanunlara əsasən, namizədin həbs edilməsi onun seçkidə iştirakı üçün əngəl törətmir. / Şəfəqna

Teqlər: kanada ، mer ، islamofobiya
captcha