IQNA

8:20 - October 11, 2021
Xəbər sayı: 3490938
Lisanul-Ğeyb (Qeyb aləminin dili) ləqəbi ilə məşhur olan iranlı şair Hafiz Şirazinin məqbərəsi hazırda İranın Şiraz şəhərində şeriyyat, ədəbiyyat, qələm və irfan əhlinin ziyarətgahıdır.

İranda Lisanul-Ğeyb ləqəbi ilə məşhur olan hicri-qəməri tarixi ilə 8-ci əsrin məşhur şairi Hafiz Şirazinin anım həftəsi keçirilir.
Bu münasibətlə Şirazın Hafiziyyə məqbərəsində "Quran və Hafiz" kitab sərgisi təşkil olunub.
Lisanul-Ğeyb (Qeyb aləminin dili) ləqəbi ilə məşhur olan şairin məqbərəsi hazırda İranın Şiraz şəhərində şeriyyat, ədəbiyyat, qələm və irfan əhlinin ziyarətgahıdır.
O, Qurani-Kərimi əzbər bildiyi üçün Hafiz ləqəbi ilə daha çox tanınır. Onun əsərlərinin və şerlərinin sevilməsi və əbədiliyinin sirri də Quranın ruhu ilə dərin əlaqəsindədir.
Hicri-Şəmsi təqvimi ilə hər ilin Mehra ayının 20-də (11-12 Oktyabr) Hafizin anım günü qeyd edilir.

 

Ad:
E-poçt:
* Comment:
* captcha: