IQNA

Ərəbistan şiələrin qəbirlərini dağıtmaq istəyir

21:08 - October 12, 2021
Xəbər sayı: 3490957
Ərəbistan hökuməti bu ölkənin şərqindəki şiələrin ailələrinə bildiribdir ki, onların qəbirlərini uçurub, vəhhabilik təlimləri və qanunlarına uyğun surətdə əməl etməlidirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-yə istinadla məlumatına əsasən, Ərəbistanın şərqində şiələrə qarşı yeni savaş salan Ərriyad şiələrin etirazlarının əlaməti olan hər bir şeyi aradan qaldırmağa can atır. Bu hökumət bir hökmdə şəhidlərin ailələrindən istəyibdir ki, öz şəhidlərinin qəbirlərini dağıtsınlar.

Ərəbistan hökuməti bu planı tanınmış ərəbistanlı ruhani şəhid Nəmər Baqir Əlnəmərin mənzilinin yerləşdiyi Qətif əyalətindəki Ələvamiyyə qəsəbəsində həyata keçirməyə çalışır. Ərriyad şəhidlərin qəbirlərinin xalqın daimi iştirak məkanına çevriləcəyindən qorxur.

Ərəbistan hökuməti ötən il, Şeyx Nəmərin çıxış məkanı olan İmam Hüseyn(ə) hüseyniyyəsini uçurdu.

Qətif şəhərində yerləşən şəhidlərin qəbirlərinin bir hissəsi də keçən ilin aprel ayında dağıdıldı.

 

Teqlər: ərəbistan ، şiə ، İslam ، müsəlman ، qətif
captcha