IQNA

19:45 - October 13, 2021
Xəbər sayı: 3490971
Ölkənin baş nazirinin müavini və müdafiə naziri Şeyx Həmad Cabir əl-Əli əs-Sabah nazirliyin müvafiq qərarı barədə məlumat verib.

Küveyt tarixində ilk dəfə olaraq qadınlara orduda xidmət etməyə icazə verilib.

Ölkənin baş nazirinin müavini və müdafiə naziri Şeyx Həmad Cabir əl-Əli əs-Sabah nazirliyin müvafiq qərarı barədə məlumat verib.

Qərarda deyilir ki, küveytli qadınlar üçün hərbi xidmətə yazılmaq üçün qeydiyyat açıqdır.

Qeyd edilib ki, hazırkı mərhələdə bu, tibbi və ikinci dərəcəli hərbi xidmətlərlə məhduddur.

“Kişilərlə yanaşı küveytli qadınlara da orduda xidmətə qoşulmaq imkanı verməyin zamanı gəldi”, – deyə əs-Sabahın bəyanatında bildirilib. / 4004448

Ad:
E-poçt:
* Comment:
* captcha: