IQNA

19:12 - October 14, 2021
Xəbər sayı: 3490972

İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü axşamı Samirra

Rəbiül-əvvəl ayının 8–nə (15 oktyabr) təsadüf edən İmam Həsən Əl-Əskərinin (ə) müsibətli şəhadətinin il dönümündə İraqın Samirra şəhərində müxtəlif vilayətlərdən olan 700 matəm və xidmət alayı zəvvarlara xidmət edəcək

İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü axşamı Samirra
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, müqəddəs ziyarətgahın rəsmisi Abbas Əl-Şəra bu barədə açıqlamasında qeyd edib.
 
Artıq Samirraya gələn zəvvarların sayında artım müşahidə olunur. Təhlükəsizlik qüvvələri əmin-amanlığı nəzarətdə saxlamaq üçün gücləndirilmiş iş rejiminə keçib.
 
Artıq şəhərdə müqəddəs ziyarətgaha gedən yollarda səyyar xəstəxanalar, istirahət və qidalanma xidmətləri təqdim edən çadırlar qurulub.
captcha