IQNA

"Hizbullah" və "Amal" tərəfdarlarına səsləndi: "Fitnəyə uymayın"

19:30 - October 14, 2021
Xəbər sayı: 3490974
Livanın "Hizbullah" və "Amal" hərəkatları bəyanat ilə çıxış ediblər. Bəyanatda Livanın Tayunae bölgəsində baş tutan dinc aksiyaya silahlı hücum edilməsinə toxunulub.  

Bəyanatda Livanın Tayunae bölgəsində baş tutan dinc aksiyaya silahlı hücum edilməsinə toxunulub.  

"Ədalət sarayı qarşısında dinc aksiya keçirən nümayişçilər snayperlər vasitəsilə hədəfə alındı.

Binanın damındakı snayperlərin atəşi və ardından da silah səsləri eşidildi. Şəhidlər və ağır yaralılar var. Bu hadisə ölkəni qəsdən üsyana aparmaq istəyən silahlı və terrorçu qruplaşmaların işidir", - deyə birgə bəyanatda diqqətə çatdırılıb.  

Bəyanatda Livan ordusunun məsələyə əl qoyması və hadisəyə məruz qalanların isə sakin qalmaları tələb olunub: "Bu üsyan, tapşırıq verənlərin və liman qurbanlarının, şəhidlərin qanlarının arxasında gizlənən tərəflərin məsuliyyətindədir. Tərəfdarlarımız fitnəyə getməməli və sakit qalmalıdırlar".

Mənbə: Eastnews

captcha