IQNA

Əl-Əzhər universitetinin ali imamı Ayətullah Sistani ilə görüş keçirəcək

19:34 - October 14, 2021
Xəbər sayı: 3490975
Misirin paytaxtı Qahirədə yerləşən sünni dünyasının ən məşhur sayılan əl-Əzhər universitetinin ali imamı şeyx Əhməd əl-Tayyib gələn ayın əvvəlində İraqa səfər edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Misirin paytaxtı Qahirədə yerləşən sünni dünyasının ən məşhur sayılan əl-Əzhər universitetinin ali imamı şeyx Əhməd əl-Tayyib gələn ayın əvvəlində İraqa səfər edəcək.  

Bu barədə İraqın əl-Furat telekanalı məlumat yayıb.  

Məlumatda bildirilir ki, səfər çərçivəsində şeyx Nəcəf-Əşrəf şəhərinə gedəcək və İslam dünyasının böyük alimi olan Ayətullah Seyid Əli Sistani ilə görüşəcək. Əl-Əzhərin şeyxi Nəcəfdə və Kərbəlada imamların qəbrini ziyarət edərək, digər şiə din alimləri ilə görüş keçirəcək.  

Qeyd edək ki, 2003-cü ildən bəri Əl-Əzhər şeyxi Əhməd əl-Tayyib İraqa səfər etməyib. 

captcha